Rusiyada dollar və avrodan başqa bütün valyutanın satışına icazə verilib


 

Rusiya Mərkəzi Bankı ölkədə xarici valyutanın nağd satışına icazə verib.


Şəffaflıq.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.

Bildirilir ki, mayın 20-dən fiziki şəxslərə banklarda avro və dollar istisna olmaqla bütün xarici valyutanı məhdudiyyətsiz sata bilər.

Prosedur sentyabrın 9-dək davam edəcək.

Maliyyə qurumu ABŞ dolları və avrodan başqa valyutanın məhdudiyyətsiz satışına icazənin verilməsini, banklarda xarici əskinasların qalıqlarının olması ilə izah edib.

Əvvəllər bu məhdudiyyətlər bütün nağd valyuta növlərinə şamil edilirdi, Mərkəzi Bank bildirib.шаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}