Şamaxıda əmək yarmarkası keçirilmişdir.-FOTO


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Dağlıq Şirvan Regional Məşğulluq filialı tərəfindən 19 may 2022-ci il tarixində rayon mədəniyyət mərkəzində əmək yarmarkası keçirilmişdir.
Şəffaflıq.az xəbər verir ki, tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.



Əmək yarmarkasında Şamaxı, İsmayıllı və Ağsu rayonlarında fəaliyyət göstərən ümumilikdə 25 idarə və müəssisədən 250-dən çox vakant iş yeri işaxtaranlara təklif olunmuşdur.Tədbirdə 400 nəfərdən çox işaxtaran şəxs qeydiyyata götürülmüş, müvafiq sənədləşmə aparıldıqdan sonra onlara ixtisas və peşələrinə uyğun vakant yerlərə göndərişlərin verilməsi nəzərdə tutulmuşdur.
Tədbirdə iştirak edənlər təklif olunan vakant iş yerləri ilə tanış olaraq bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini xüsusi vurğulamışlar.

Dəyanət İsmayılov.
Şamaxı şəhəri
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}