"Sabah"ın bombardiri yanğınsöndürən olmaq istəyir
Şəffaflıq.az-ın məlumatına görə, Konqo əsilli almaniyalı hücumameylli yarımmüdafiəçi bu barədə İctimai TV-nin "Bol idman" verilişinə müsahibəsində deyib.
28 yaşlı oyunçu gələcəkdə özünü futbolda görmədiyini bildirib: "Həmişə yanğınsöndürən işi ilə məşğul olmaq istəmişəm. Bilirəm, çox çətindir. Amma özümü gələcəkdə ofisdə əyləşib, səhər saat 9:00-dan axşam saat 18:00-dək kompüterimdə yazı yazan yerdə təsəvvür etmirəm".
Qeyd edək ki, Coy-Lens Mikels ötən ilin iyulundan "Sabah"da çıxış edir. Hücumçu bu mövsüm vurduğu 11 qolla öz komandasının ən sərrast futbolçusu, Premyer Liqanın isə bombardirlərindən biridir.
Facebook-da paylaş