Şəhid ailələrinə medallar təqdim olunub.-FOTO

Bu gün İsmayıllı Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək şəhidlik zirvəsinə yüksəlmiş igidlərin ailələrinə medalların təqdimetmə mərasimi keçirilib.
Şəffaflıq.az xəbər verir ki, tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, RİH-nin əməkdaşları, şəhidlərin ailə üzvləri iştirak ediblər.
Rayon rəhbəri tədbiri giriş sözü ilə açaraq şəhidlərimizin döyüş yoluna nəzər salıb, Prezident, Ali Baş Komandan İlham Əliyevin orduya, şəhid ailələrinə, müharibə iştirakçılarına olan diqqət və qayğısını vurğulayıb. RİH başçısı Vətənə layiqli oğullar yetişdirdikləri üçün şəhid ailələrinə öz minnətdarlığını bildirib. Sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamları ilə təltif olunmuş şəhidlərin medalları ailə üzvlərinə təqdim olunub.
Tədbirdə həmçinin Vəsidə Mustafaqızının “İsmayıllı şəhidləri” adlı kitabının təqdimatı olub.
Kitabda Vətən müharibəsi, Aprel və Tovuz döyüşlərində torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş ismayıllılı oğullarımızın keçdikləri ömür və döyüş yolları barədə onların ailə üzvlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri öz əksini tapıb.
Çıxış edənlər kitabın gənclərinin hərbi-vətənpərvərlik tərbiyəsinin formalaşmasında, şəhidlərimizin təbliğatında böyük rolu olacağına inam ifadə ediblər.













 Şəhid ailələri onlara göstərilən dövlət qayğısına görə ölkə Prezidentinə və kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlıqlarını bildiriblər. Sonda xatirə şəkli çəkilib.

 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}