"Yuventus" mövsümü titulsuz başa vurub

 İtaliyanın "Yuventus" klubu 11 ildən sonra ilk dəfə mövsümü titulsuz başa vurub.
Şəffaflıq.az-ın məlumatına görə, Turin təmsilçisi son olaraq İtaliya Kubokunun finalında əsas hissəsi 2:2 hesabı ilə bitən oyunun əlavə vaxtında "İnter"ə 2:4 hesabı ilə uduzub.
"Qoca sinyora" 2010/2011 mövsümündə də eyni aqibəti yaşayıb.
Qeyd edək ki, "Yuventus" UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İspaniya "Vilyarreal"ına iki oyunun nəticəsinə əsasən məğlub olub - 1:1, 0:3. Komanda A Seriyasında 36 oyundan sonra 69 xalla 4-cü pillədə qərarlaşıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}