UÇAN PORTUQALl! - Ronaldo 256 sm hündürlükdən qol vurdu!

 

Şəffaflıq.az xəbər verir ki, Kriştianu Ronaldo növbəti qolunu vurarkən 71 sm hündürlüyə tullanıb!

Portuqaliyalı futbol ulduzu, 34 yaşlı Kriştianu Ronaldo A seriyasının 17-ci turunda “Sampdoriya” ilə qarşılaşma zamanı Emil Auderonun müdafiə elədiyi qapıya qol vurarkən 71 sm hündürlüyə tullanıb. Topa zərbə vurduğu zaman Ronaldo yer səthindən 256 sm hündürlükdə olub.

Oyun “Yuventus”un xeyrinə 2:1 hesabı ilə bitib. “Sampdoriya” ilə “Yuventus”un qarşılaşması daha bir əlamətdar hadisə ilə də yadda qalıb – Canluici Buffon A seriyasında 647-ci görüşünü keçirərək, bu göstərici üzrə rekordçu Paolo Maldinini haqlayıb.

“Yuventus” İtaliya çempionatının turnir cədvəlində 1-ci yerdədir.  “Qoca senyora”nın hesabında 42 xal var. “İnter” 3 xalq fərqlə ikinci yeri tutsa da, ehtiyatında bir oyunu qalmaqdadır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}