ABŞ Ukrayna hərbçilərinin təlimlərini sürətləndirir

 

ABŞ Silahlı Qüvvələri ukraynalı əsgərlərə Qərb dövlətlərinin silahlarından istifadə üzrə keçdiyi təlimlərin sürətini artırır. Bu barədə “The Hill” Pentaqon rəsmilərinə istinadən məlumat yayıb.

Nəşrin xəbərinə görə, söhbət Ukrayna hərbçilərinə PUA-lar, radarlar və artilleriya sistemləri ilə işləmək üzrə təlimlərin keçirilməsindən gedir.

Hazırda 220-dən çox hərbçi müvafiq kursu keçib və xüsusən də onlara ABŞ-ın Ukraynaya tədarük edəcəyini vəd etdiyi M777 haubitsalarından istifadə üzrə təlim keçilib. Bundan əlavə, 20-yə yaxın hərbi qulluqçu yeddi gün ərzində “Phoenix Ghost” dronlarından istifadə qaydalarını öyrənib.

Pentaqonun yüksək rütbəli rəsmilərinin sözlərinə görə, daha 50 ukraynalı əsgərin yaxın vaxtlarda təlimlərə başlaması gözlənilir ki, bu təlimlərin də Ukrayna ərazisindən kənarda yerləşən meydançalardan birində keçirilməsi nəzərdə tutulur. Eyni zamanda ABŞ Müdafiə Nazirliyi kursu bitirmiş hərbçilərin Ukraynadakı həmkarlarına bu öyrəndiklərini ötürə biləcəkləri fikrindədir.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}