Hindistanda yüksək hava temperaturu ölümlərlə nəticələndi


 

Hindistanın Maharaştra əyalətində havanın temperaturu son 6 ilin ən yüksək səviyyəsinə çatıb.

Şəffaflıq.az xarici KİV-ə istinadən xəbər verir ki, istilər nəticəsində 25 nəfər həyatını itirib.

Səhiyyə Nazirliyi bildirir ki, 2022-ci ildə may ayının əvvəlinə kimi 381 isti vurma hadisəsi qeydə alınıb.

Son həftələr yarımadanın bir çox yerlərində, xüsusilə Hindistan və Pakistanda temperatur təhlükəli dərəcədə yüksək olub.

Aprelin 28-də Hindistanın paytaxtı Dehlidə havanın temperaturu 40 dərəcədən yuxarı qalxıb. Ölkənin şərqindəki Odişa əyalətində məktəblər bir həftə bağlanıb.

Ölkənin bir çox bölgəsində havanın temperaturunun 45 dərəcəni keçdiyi bildirilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}