Gürcüstanın məşhur “Borjomi” şirkəti istehsalı dayandırıb

 

Gürcüstanda mineral suların istehsalı ilə məşğul olan məşhur “Borjomi” şirkəti istehsalı dayandırır.

Bu barədə “Borjomi” şirkəti açıqlama yayıb.

Bildirilib ki, şirkət istehsalı dayandırmağı Ukraynadakı mövcud şərait fonunda yaranmış maliyyə problemləri ilə əlaqələndirib.

Qeyd edək ki, ötən ay “Borjomi” mineral sularının istehsalı zavodunun işçiləri iş şəraitinin yaxşılaşdırılması və əməkhaqlarının artırılması tələbi ilə tətil elan etmişdilər.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}