"Volkswagen" Braziliyada istehsalı dayandırır


 

Almaniyanın "Volkswagen" avtokonserni yeni növ koronavirus (COVİD-19) ilə əlaqədar sanitariya və epidemioloji vəziyyətin pisləşməsi fonunda Braziliyada istehsalı dayandırır.

Şəffaflıq.az "TASS"a istinadən məlumat verir ki, bu barədə konsernin yerli bölməsinin saytında açıqlama yerləşdirilib.

Açıqlamada deyilir: "Volkswagen Brasil" San-Paulu və Parana ştatlarında yerləşən bütün fabriklərində istehsal fəaliyyətini martın 24-dən başlayaraq 12 günlük dayandırır. Braziliya ştatlarında artan yoluxma halları və intensiv terapiya bölmələrində yataqların sayını nəzərə alaraq, şirkət işçilərinin və ailələrinin sağlamlığını qorumaq üçün bu addımı atır".

"Volkswagen Brasil"in inzibati heyəti məsafədən işə davam edəcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}