ABŞ prezidenti Çinlə ticarət sazişini dayandırır
ABŞ prezidenti Donald Tramp Çin Xalq Respublikası ilə ticarət sazişini dayandırmağa qərar verib.
Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev yanında Ticarət üzrə Milli Şuranın başçısı Piter Navarro bildirib.
O, qeyd edib ki, bu, Uhan laboratoriyasında koronavirus pandemiyasının mənşəyi ilə bağlı Birləşmiş Ştatlar kəşfiyyatının artan əminliyi fonunda baş verib.
"Bu sondur", - Piter Navarro deyib.
Xəbəri paylaş
Facebook-da paylaş