Almaniya kanslerinin təyyarəsi Rusiyaya girməmək üçün Şimal qütbündən uçub

 

Almaniya kansleri Olaf Şolsun təyyarəsi Rusiya hava məkanından yan keçmək üçün Şimal qütbünü keçməyə məcbur olub.

Almaniya kanslerinin Airbus A350 “Kurt Schumacher” təyyarəsi Yaponiyadan dönərkən təxminən saat 13:00-da (Moskva vaxtı ilə 14:00) qütbü keçib. Rusiya Federasiyası hava məkanına daxil olmadan ölkə ətrafından uçmaq üçün kanslerin təyyarəsi Alyaska üzərindən uçmalı, Şimal qütbünü keçməli idi. O, qərbə dönüb, Şimal Buzlu Okeanın üzərindən uçaraq Finlandiya vasitəsilə Almaniyaya çatıb.

Səyahət vaxtı 13 saat 30 dəqiqə təşkil edib. Təyyarə 12,3 min kilometr yol qət edib. Bildirilir ki, Şimal qütbü üzərində uçuşlar hətta təcrübəli pilotlar üçün də nadirdir.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}