Millət vəkilinin prezidenti olduğu federasiya ləğv edildi

 

Azərbaycanda daha bir idman federasiyası ləğv edilib.

Şəffaflıq.az məlumat verir ki, söhbət Azərbaycan Məktəb İdmanları Federasiyasından gedir.

AMİF Gənclər və İdman Nazirliyinin akkreditasiyasından keçə bilməyib.

Qeyd edək ki, Azərbaycan Məktəb İdmanları Federasiyasının prezidenti millət vəkili Sevinc Hüseynovadır. Ləğv edilən federasiya 2018-ci ildə yaradılıb.

Maraqlıdır ki, AMİF-in rəsmi saytında sonuncu xəbər 2019-cu ilə təsadüf edir. Gədəbəyin deputatı Sevinc Hüseynova eyni zamanda Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvüdür. O, 2009–2010-cu illərdə Gənclər və İdman Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}