Azərbaycanda məhkəmə əməkdaşı barəsində cinayət işi başlanılıb

 Azərbaycanda məhkəmə əməkdaşı barəsində cinayət işi başlanılıb.
Bu barədə Şəffaflıq.az Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla Zərdab Rayon Məhkəməsində böyük məsləhətçi vəzifəsində işləmiş Elçin Səmədovun vəzifədə işləyərkən özünü məhkəmədə mülki iş üzrə qərar qəbul etmək səlahiyyəti olan hakimlə guya yaxın əlaqəyə malik olan şəxs kimi təqdim edib yaratmış olduğu inam və etibardan sui-istifadə edərək, həmin məhkəmənin icraatında olan mülki iş üzrə ona müraciət etmiş vətəndaşa köməklik edəcəyinə dair yalan vəd verməsinə, bu yolla da 2021-ci ilin may ayında xidməti otağında sonuncunun 5 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə, həmçinin həmin hərəkətləri ilə vətəndaşı rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.
Daha sonra cinayət işinin istintaqı tamamlanıb.
İş üzrə toplanan sübutlar əsasında Elçin Səmədova Cinayət Məcəlləsinin 178.2.3-cü (Dələduzluq-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) və 32.4, 312.1-ci (Rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
İstintaq zamanı cinayət işi üzrə vurulan maddi ziyanın ödənilməsi təmin edilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}