Rusiyalı ekspertlər və politoloqlar Şuşadakı Zəfər Qurultayını dəyərləndirib
Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsovanın sözlərinə görə, Şuşada olmaq bir çox azərbaycanlıların arzusudur: “Təbii ki, azərbaycanlıların qurultayının keçirilməsi üçün yer təsadüfi seçilməyib. Bu, Azərbaycanın qısa müddətdə geri qaytardığı ərazidir. Şuşa çox sayda azərbaycanlının qəlbindədir, ona görə də oranı ziyarət etmək çoxlarının arzusudur. Qarşıda çoxlu belə qurultaylar, konfranslar olacaq, dünyanın dörd bir yanından olan insanlar görəcəklər ki, Qarabağ nədir və Azərbaycan öz siyasətini necə düzgün və aydın formalaşdırır”.
Öz növbəsində, Rusiya XİN Diplomatiya Akademiyanın elmi işlər üzrə prorektoru Oleq Karpoviç qurultay iştirakçılarına və bütün azərbaycanlılara cansağlığı və firavanlıq arzulayıb: “Bütün azərbaycanlılara cansağlığı və firavanlıq arzulamaq istərdim - bu, dinc, sakit həyat qurmaq üçün kifayətdir, gələcək Azərbaycan vətəndaşları üçün yalnız müsbət şeylər gətirəcək”.
Rusiya Dövlət Dumasının deputatı Oleq Şein də Azərbaycana səfərləri ilə bağlı təəssüratlarını bölüşüb. Onun sözlərinə görə, o, ailəsi ilə dəfələrlə Azərbaycanda olub, ölkənin müxtəlif bölgələrinə səfər edib: “Bu gün Azərbaycan gözəl turizm mərkəzidir. Şuşa həm rusları, həm fransızları, həm almanları, bir sözlə, dünyanın hər yerindən insanları gözləyir. Şuşa Azərbaycanın mədəniyyət incisidir. Bu, tarixən mənsub olduğu ölkənin daxilində yenidən doğulmalı olan bir şəhərdir”.
Şəffaflıq.az
Facebook-da paylaş