Prezidentin Sərəncamı Naxçıvanda İkinci Dünya müharibəsi iştirakçıları və sənəddə nəzərdə tutulan digər şəxslərdən ibarət 315 nəfərə şamil olunacaq

Prezident İlham Əliyevin “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 2022-ci il 19 aprel tarixli Sərəncamı həmin kateqoriyadan olan vətəndaşlara dövlət başçısının yüksək diqqət və qayğısının növbəti təzahürüdür.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə, ümumilikdə, 315 nəfərə birdəfəlik maddi yardım ödəniləcək.
Dövlət Sosial Müdafiə Fondunun məlumatına əsasən, onlardan 6 nəfəri İkinci Dünya müharibəsinin iştirakçısı, 309 nəfər isə İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərdir. Həmin şəxslərə birdəfəlik maddi yardımın ödənilməsi üçün, ümumilikdə, 240 min 750 manat vəsait ayrılıb.
Birdəfəlik maddi yardım İkinci Dünya müharibəsi iştirakçılarının və digər müvafiq şəxslərin bank hesablarına köçürüləcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}