Gürcüstan parlamentinin sədri: "Bölgədə dinc gələcək üçün Azərbaycanla birgə işləməyə davam edəcəyik"
"Gürcüstan və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü qeyd olunması çərçivəsində azərbaycanlı həmkarım Sahibə Qafarova ilə strateji tərəfdaşlığımızın gələcək dərinləşdirilməsi yollarını müzakirə etdik".
Şəffaflıq.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili tviter hesabında yazıb.
"Biz Gürcüstan, Azərbaycan və bölgə üçün dinc gələcəyin qurulması naminə birgə işləməyi davam etdirəcəyik", - spiker qeyd edib.
Xəbəri paylaş
Facebook-da paylaş