“Taxıl sahələrimiz su üzünə həsrətdir”

 

Hacıqabulun ucqar kəndlərindən olan Şorbaçı kəndinin sakinləri min bir əziyyətlə əkdikləri taxıl sahələrini vaxtında suvara bilmədikləri üçün hektarlarla arpa və buğda sahələri yanaraq məhv olub.

Sakinlər deyir ki, hər il bu vaxtlar əkdikləri taxıl zəmiləri yamyaşıl olardı. Lakin indi həmin taxıl zəmilərindən əsər-əlamət qalmayıb. Qeyd edilir ki, əkin sahələri əsasən Pirsaat çayı vasitəsilə suvarılır. Lakin son dövrlər yağıntının az olması çayda suyun qurumasına səbəb olub. İndi Şorbaçı kəndinin yüzlərlə sakini çarəsiz vəziyyətdədir.

Əhali deyir ki, belə davam edərsə, növbəti illərdə kənd ərazisində ümumiyyətlə əkin-biçin aparmaq mümkün olmayacaq.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}