Ölkə tarixinin ən böyük intellektual turnirinə start verilir
Bilik və zəkasına güvənən gənclər “İntellektual Klubların Gənclər Liqası”na iştiraka dəvət olunur. Respublikanın 57 şəhər və rayonunu əhatə edəcək turnir iki ay ərzində üçmərhələli şəkildə həyata keçiriləcək.
Fonddan verilən məlumata görə, ilkin mərhələdə qeydiyyatdan keçmiş komandalar yaşadıqları rayonlarda keçiriləcək 4 seçim turunda iştirak edəcək və qalib komandalar növbəti mərhələdə zona finallarında yarışacaqlar.
Zona qalibləri 11-12 iyun tarixlərində Bakı şəhərində keçiriləcək böyük final mərhələsində intellektual güclərini sınayacaq.
Turnir çərçivəsində “Nə? Harada? Nə zaman?”, “Kviz”, “Breyn-Rinq” və “Erudit Kvartet” oyunlarının keçiriləcək. Ümumilikdə 6 mindən çox gəncin əhatə olunması planlaşdırılan “İntellektual Klubların Gənclər Liqası”na qatılmaq arzusunda olan şəxslər aşağıdakı link və ya “GəncApp” mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Link: https://genc.az/intellektual-klublarin-gənclər-liqasi/
Son müraciət tarixi 28 aprel 2022-ci il, saat 23:59-dur.
Turnir Azərbaycan gənclər siyasətinin prioritet istiqamətlərindən olan gənclərin intellektual potensialının inkişafı, onların asudə vaxtlarının faydalı təşkili, eyni zamanda Prezident İlham Əliyev tərəfindən elan edilən Şuşa ili çərçivəsində Qarabağımızın, xüsusilə də mədəniyyət beşiyimizin zəngin irsi haqqında gənclərin maarifləndirilməsidir.
“İntellektual Klubların Gənclər Liqası” Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi), Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi və “Badamlı” şirkətinin tərəfdaşlığı ilə həyata keçirilir. Turnirə media dəstəyi ARB media qrupu tərəfindən təmin ediləcək.
“Facebook” sosial şəbəkəsində yaradılmış qrupa qoşularaq turnirə dair ən son yeniliklərdən məlumatlı ola bilərsiniz:
https://www.facebook.com/groups/801588220281994.
Şəffaflıq.az
Facebook-da paylaş