İsmayıllıda yol polisinin keçirdiyi reyddə qaydaları pozan 20-yə yaxın sürücü cərimələnib

İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə şəhərin müxtəlif küçə və prospektlərində reyd keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, reyd zamanı müxtəlif qayda pozuntularına yol verən, eləcə də təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər polis əməkdaşları tərəfindən müəyyən edilib. Onlara törətdikləri qayda pozuntuları izah olunub və 20-yə yaxın sürücü barəsində inzibati tənbeh tədbiri görülüb.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}