Şamaxıda xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş olub.-FOTO
Şamaxıda rayon icra hakimiyyətinin təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan əlil uşaqlar üçün əyləncəli tədbir keçirilib.
Şəffaflıq.az xəbər verir ki, tədbirdə 25 nəfər əlil uşaq, 50 nəfər valideyn iştirak edib.
Çıxışlarda ölkəmizdə, o cümlədən rayonda xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıdan bəhs edilib. Sonra foyedə əlil uşaqlar üçün viktorinalar təşkil edilib, musiqili-əyləncəli proqram təqdim olunub, balacalara hədiyyələr verilib.
Valideynlər ölkəmizdə əlil uşaqlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Xəbəri paylaş
Facebook-da paylaş