Pakistan Baş nazirinə etimadsızlığın müzakirəsi dayandırılıb

Pakistan parlamentinin Milli Assambleyasının (aşağı palata) sədri Əsəd Kaysar aprelin 9-da Baş nazir İmran Xana etimadsızlıqla bağlı məsələnin müzakirəsini dayandırıb.
“Report” xəbər verir ki, məlumatı “Geo.tv” yayıb.
Bildirilib ki, assambleyanın iclası aprelin 9-da bir qədər gec davam etdiriləcək.
Qeyd edək ki, aprelin 8-də İmran Xan bildirmişdi: “Pakistan Milli Assambleyasında (parlamentin aşağı palatası) mənə qarşı etimadsızlıq səsverməsi ölkəyə idxal edilmiş hökumətin hakimiyyətə gəlməsi ilə bağlıdır”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}