Əsas Səhifə > XARİCİ XƏBƏR > Pakistan Baş nazirinə etimadsızlığın müzakirəsi dayandırılıb
Pakistan Baş nazirinə etimadsızlığın müzakirəsi dayandırılıb9-04-2022, 12:08 |
Pakistan parlamentinin Milli Assambleyasının (aşağı palata) sədri Əsəd Kaysar aprelin 9-da Baş nazir İmran Xana etimadsızlıqla bağlı məsələnin müzakirəsini dayandırıb. “Report” xəbər verir ki, məlumatı “Geo.tv” yayıb. Bildirilib ki, assambleyanın iclası aprelin 9-da bir qədər gec davam etdiriləcək. Qeyd edək ki, aprelin 8-də İmran Xan bildirmişdi: “Pakistan Milli Assambleyasında (parlamentin aşağı palatası) mənə qarşı etimadsızlıq səsverməsi ölkəyə idxal edilmiş hökumətin hakimiyyətə gəlməsi ilə bağlıdır”. Geri qayıt |