Bu gündən Rusiya və Belarusa məxsus yük maşınlarının Finlandiyaya girişi yasaqlanıb
Aprelin 9-dan Rusiya və Belarus dövlət nömrə nişanlı yük maşınlarının Finlandiyaya gişir qadağan edilib.
“Report” “Yile”yə istinadən xəbər verir ki, bu barədə Finlandiya Gömrük Komitəsinin nəzarət bölməsinin başçısı Sami Rakşit məlumat verib.
Onun sözlərinə görə, Rusiya və Belarus dövlət nömrə nişanı ilə qeydiyyatdan keçən bütün kommersiya yüklü nəqliyyat vasitələri geri qaytarılacaq.
Xatırladaq ki, aprelin 8-də Avropa İttifaqı Rusiya və Belarusa qarşı beşinci sanksiyalar paketini qəbul edib. Qadağa aprelin 9-dan qüvvəyə minir.
Xəbəri paylaş
Facebook-da paylaş