Rusiya Belarusa 500 milyon dollar kredit ayırıb
Belarus Rusiyadan 500 milyon ABŞ dolları məbləğində kredit alıb.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Belarusun Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ayrılmış vəsait qurumun hesabına köçürülüb. Bu, iki ölkə arasında imzalanmış razılaşma çərçivəsində ayrılması nəzərdə tutulan 1 milyard dollarlıq kreditin 1-ci tranşıdır. Başqa sözlə, Rusiya Belarusa daha 500 milyon dollar kredit ayıracaq.
Xəbəri paylaş
Facebook-da paylaş