Ermənistan müharibədə itkin düşmüş ermənilərin ümumi sayını açıqlayıb

Birinci və ikinci Qarabağ müharibəsində Ermənistanın 985 hərbçisi itkin düşüb.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib. O, qeyd edib ki, birinci Qarabağ müharibəsində 777 nəfər itkin düşüb. 44 gün davam edən ikinci müharibədən sonra 208 nəfər itkin düşmüş hesab olunur.
Baş nazir vurğulayıb ki, onların taleyinə aydınlıq gətirmək üçün işi davam etdirmək lazımdır. Bu məsələ Brüsseldə də müzakirə edilib. Paşinyanın sözlərinə görə, görüşdə itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində əməkdaşlıq imkanları və məsələlər də müzakirə mövzusu olub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}