Böyük Britaniya sakinləri ərzaq qiymətlərində ciddi artımla üzləşiblər


 

Böyük Britaniyada yanacağın bahalaşması səbəbindən meyvə və tərəvəzin qiymətləri 30% bahalaşıb.

Bu barədə “Daily Mail” yazır.

Böyük Britaniyada meyvə və tərəvəz qiymətləri 30%, bitki yağı 60-70% bahalaşıb. Bunun əsas səbəblərindən biri kimi yanacağın qiymətinin bahalaşması göstərilir ki, bu da öz növbəsində İspaniyadan kənd təsərrüfatı məhsullarının tədarükünə ciddi şəkildə mənfi təsir göstərib.

Britaniya supermarketlərində artıq bu malların defisiti müşahidə olunur.

İspaniyada yük maşını sürücüləri benzinin qiymətinin qalxmasına görə tətil elan edərək yükdaşıma şirkətlərinin gəlirləri azaldıqca malların daşınmasının da sərfəli olmadığını iddia ediblər. Bundan əlavə, İspaniya və Şimali Afrikada pisləşən hava şəraiti, eləcə də daşıma konteynerlərinin olmaması və sərhəd nəzarətində əlavə problemlər səbəbindən daşınmalarda çətinliklər yaranıb.

Eyni zamanda Britaniya bazarına Ukraynada baş verən böhran da öz təsirini göstərib. Britaniyada bitki yağı istehsalı üzrə nəhəng istehsalçılardan sayılan “Edible Oils” şirkəti bəyan edib ki, dünya üzrə bitki yağı tədarükünün 80 faizi Rusiya və Ukraynanın payına düşür.

Ərzaq məhsulları üzrə ekspert Ged Fatter xəbərdarlıq edib ki, ərzaq məhsulları inflyasiyası 15 faizi keçə bilər və bu zaman böhranın dalğalanma təsirlərinin "qorxulu dərəcədə yüksək" qiymət artımlarına səbəb olacağı qaçılmazdır.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}