Rusiya 52 ölkə ilə aviareysləri bərpa edəcək
Rusiya aprelin 9-dan etibarən 52 ölkə ilə aviareysləri bərpa edəcək.
Bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin bildirib.
Beləliklə, koronavirusun yayılması ilə əlaqədar çarter reyslərinə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılacaq. Qeyd olunub ki, bu ölkələrin siyahısına Argentina, Hindistan, Cənubi Afrika və bir sıra digər dost dövlətlər edilib.
Mişustinin sözlərinə görə, koronavirusa yoluxma sayında azalma müşahidə olunduğuna görə Rusiya aviadaşıyıcıları üçün mövcud olan uçuş istiqamətlərinin siyahısını genişləndirmək mümkündür.
“İndi 15 ölkəyə məhdudiyyətsiz uçuşlar icra edilir, biz daha 52 ölkə ilə uçuşları bərpa edirik” – deyə baş nazir vurğulayıb.
Şəffaflıq.az
Facebook-da paylaş