Rusiya daha 5 ölkə ilə uçuşları bərpa edəcək

 

Rusiya daha 5 ölkə ilə uçuşları bərpa edir.

Şəffaflıq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə koronavirusla mübarizə üzrə operativ qərargahdan bildirilib. Mayın 25-dən etibarən aviaəlaqələrin bərpa olunacağı ölkələr İslandiya, Malta, Meksika, Portuqaliya və Səudiyyə Ərəbistanıdır.

Moskvadan Reykyavik və Valettaya həftədə 2 dəfə, Kankun, Lissabon və Ciddəyə 3 dəfə reyslər olacaq. Ciddədən Qroznı və Mahaçqalaya isə həftədə 1 dəfə uçuşlar olacaq.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}