Əsas Səhifə > Dünya > Rusiya daha 5 ölkə ilə uçuşları bərpa edəcək
Rusiya daha 5 ölkə ilə uçuşları bərpa edəcək15-05-2021, 01:18 |
Rusiya daha 5 ölkə ilə uçuşları bərpa edir. Şəffaflıq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə koronavirusla mübarizə üzrə operativ qərargahdan bildirilib. Mayın 25-dən etibarən aviaəlaqələrin bərpa olunacağı ölkələr İslandiya, Malta, Meksika, Portuqaliya və Səudiyyə Ərəbistanıdır. Moskvadan Reykyavik və Valettaya həftədə 2 dəfə, Kankun, Lissabon və Ciddəyə 3 dəfə reyslər olacaq. Ciddədən Qroznı və Mahaçqalaya isə həftədə 1 dəfə uçuşlar olacaq. Geri qayıt |