Rusiya bu ölkələrlə uçuşları bərpa edir
Rusiya sentyabrın 21-dən etibarən Belarus, Qazaxıstan və Qırğızıstanla beynəlxalq uçuşları bərpa edib.
Şəffaflıq.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın koronavirusla mübarizə üzrə Operativ Qərargahının məlumatında deyilir:
“İclasın nəticələrinə əsasən, sentyabrın 21-dən etibarən Qazaxıstan (Nur-Sultan şəhəri), Qırğızıstan (Bişkek) və Belarusla (Minsk) qarşılıqlı uçuşlar bərpa ediləcək. Reyslər həftədə bir dəfə həyata keçiriləcək”.
Bununla yanaşı Rusiya sentyabrın 27-dən etibarən Cənubi Koreya ilə də (Seul şəhəri) uçuşları bərpa edəcək. Cənubi Koreya pandemiya səbəbindən sərhədləri bağlamasa da, bu addımı Rusiya və digər ölkələr atmışdı. Seulla da aviareyslər həftədə bir dəfə həyata keçiriləcək.
Facebook-da paylaş