Sabah 26 min abituriyent imtahan verəcək

 

Sabah Azərbaycanda qəbul, buraxılış və bir sıra digər imtahanlar keçiriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, imtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Qazax, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də baş tutacaq.

Sabah əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, 11 illik təhsil bazasında kolleclərə qəbul, martda keçirilmiş buraxılış imtahanlarında iştirak edə bilməmiş XI sinif şagirdləri üçün buraxılış və digər imtahanların keçirilməsi nəzərdə tutulub.

Saat 11:00-da başlanacaq imtahanlarda ümumilikdə 26 087 nəfərin iştirakı nəzərdə tutulub.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}