BMT: Ukraynada 1 276 dinc sakin həlak olub
Şəffaflıq.az xəbər verir ki, bu məlumatlar Birləşmiş Millətlər Təşkilatı tərəfindən qeydə alınıb.
Qeyd edilir ki, ölən 1 276 nəfərdən 260-ı kişi, 184-ü qadın, 18-i qız və 36-ı oğlandır.
BMT-nin məlumatına görə, qeydə alınmış mülki ölüm və ya xəsarətlərin əksəriyyətinə ağır artilleriyadan və çoxsaylı raket sistemlərindən atılan atəşlər, həmçinin raket və hava zərbələri də daxil olmaqla geniş təsir sahəsinə malik partlayıcı qurğuların istifadəsi səbəb olub.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı real rəqəmlərin daha çox olduğunu vurğulayıb.
Facebook-da paylaş