Türkiyənin bir sıra şəhərlərində meşə yanğını baş verib

Türkiyənin Bursa, İzmir, Bilecik və Çanaqqala şəhərlərinin ayrı-ayrı ərazilərində meşə yanğınları baş verib.
“Report”un xəbərinə görə, bu barədə “Haber Global” məlumat yayıb.
Qeyd edilir ki, yanğınlardan 4-ü nəzarət altına alınıb.
Bursanın Osmanqazi rayonunda Karaislah və Sogukpınar arasındakı şam meşələrindəki yanğının nəzarət altına alınması istiqamətində işlər görülür. Karaislahda yanğın üç ərazidə davam edir. Məlumata görə, yanğın 50-60 hektar ərazini əhatə edib
Çanaqqalanın Bayramiç rayonunda başlayan yanğın güclü küləyin təsiri ilə geniş əraziyə yayılıb. Hazırda yanğınının söndürülməsi işləri davam etdirilir. Təbii hadisə Toluklar və Dağobası kəndləri arasındakı əkinçilik sahəsində yerli vaxtla saat 15:00 radələrində başlayıb. Hazırda yanğını söndürmək üçün işlər davam etdirilir.
İzmirdə meşə yanğını Çeşme rayonunda baş verib. Yanğın meşə təsərrüfatı işçilərinin və yanğınsöndürənlərin müdaxiləsi ilə saat yarım sonra nəzarətə götürülüb və lokallaşdırılıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}