ANAMA: “Mina problemi Azərbaycanın ən aktual məsələlərindən biridir”

 

“Azərbaycanın 2030-cu ilədək prioritetləri sırasına işğaldan azad edilmiş ərazilərin bərpası və məcburi köçkünlərin oraya qayıtması daxildir”.

Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Bakıda keçirilən “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı beynəlxalq konfransda bildirib.

O, işğaldan azad edilmiş ərazilərin minalarla çirkləndirildiyini nəzərə alaraq, bu məsələnin Azərbaycanın ən aktual problemlərindən biri olduğunu vurğulayıb.

ANAMA sədri deyib ki, ölkədə sözügedən ərazilərin minalardan təmizlənməsi üzrə daimi işlər aparılır.

Onun sözlərinə görə, bu gün Bakıda keçirilən konfrans bu sahədə fikir və təcrübə mübadiləsi baxımından vacib platformadır.

V.Süleymanov BMT-nin Azərbaycanda minatəmizləmə işinə verdiyi töhfəni xüsusilə vurğulayıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}