Minaların təmizlənməsində İsrailin dəstəyi məsələsi müzakirə olunub
İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) olub.
Şəffaflıq.az xəbər verir ki, bu barədə ANAMA-a məlumat yayıb.
Diplomat ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanovla görüşüb. Tərəflər Azərbaycanın işğaldan azad olunan ərazilərində aparılan genişmiqyaslı minatəmizləmə fəaliyyətlərinə İsrailin mümkün dəstəyi məsələsini müzakirə ediblər.
Xəbəri paylaş
Facebook-da paylaş