Əsas Səhifə > SİYASƏT > Minaların təmizlənməsində İsrailin dəstəyi məsələsi müzakirə olunub
Minaların təmizlənməsində İsrailin dəstəyi məsələsi müzakirə olunub9-06-2021, 13:19 |
İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) olub. Şəffaflıq.az xəbər verir ki, bu barədə ANAMA-a məlumat yayıb. Diplomat ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanovla görüşüb. Tərəflər Azərbaycanın işğaldan azad olunan ərazilərində aparılan genişmiqyaslı minatəmizləmə fəaliyyətlərinə İsrailin mümkün dəstəyi məsələsini müzakirə ediblər. Geri qayıt |