Azad olunan ərazilərdə daha 113 mina aşkarlanıb

 Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.
Şəffaflıq.az reporta istinadən xəbər verir ki, noyabrın 8-dən 13-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 57, tank əleyhinə 56 mina və 20 ədəd partlamamış hərbi sursat aşkarlanıb.
Nəticədə 63,6 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}