Aya ilk heykəllər göndəriləcək

 

Rəssam-heykəltəraş Ceff Kuns bildirib ki, o, heykəllərini Ayda sərgiləmək niyyətindədir.

Müəllifin bir neçə yeni əsəri “Intuitive Machines” şirkəti tərəfindən hazırlanmış robot eniş aparatı vasitəsilə Yerin təbii peykinə çıxaracaq. “Nova-C” adlı aparat NASA ilə birgə hazırlanıb.

Qeyd edək ki, Kuns ən çox paslanmayan polad kürələrdən hazırlanmış heyvan heykəlləri ilə tanınır.

Ayda rəssamın işləri şəffaf kubun içərisinə salınacaq. Heykəllər kiçik olsa da, Ay səthinə çatan ilk sənət əsərləri kimi tarixdə qalacaq.

Yer sakinləri Aydakı heykəlləri eniş aparatına quraşdırılmış kamera sayəsində görə biləcəklər.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}