“Ukrayna NATO-ya üzv ola bilməyəcəyini anladı”

 

“Türkiyənin işi Rusiya və Ukrayna arasında vasitəçilik edərək, hər iki tərəf üçün həll yoluna yardım etməkdir”.

Şəffaflıq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Doha Forumu”nda çıxışı zamanı deyib.

“Beynəlxalq ictimaiyyət olaraq xüsusilə də Rusiya üzərindəki təzyiqləri davam etdirməliyik. Ukraynanın müstəqilliyinə qarşı bu hücum qəbul edilə bilməz. Hər iki tərəfə yardım etməyimiz laızmdır. Təhlükəsiz bir şəkildə bu məsələdə çıxış yolunu tapmaq lazımdır. Prezidentlər bu məqamda danışıqlar aparacaq və ciddi məsələlərin müzakirə edildiyini hərkəs bilir”, - deyə Çavuşoğlu söyləyib.

Onun sözlərinə görə, Ukrayna NATO-ya üzv ola bilməyəcəyini anlayıb:

“Ukrayna bunu anladı. NATO-ya üzvlük olmadı, olmayacaq da. Bir çox avropalı müttəfiqlər Ukrayna və Gürcüstanın NATO-ya üzv olmasına qarşıdır. Ukrayna bunu kifayət qədər aydın şəkildə başa düşdü”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}