Minaya görə bağlanan Bosforda gəmilərin hərəkəti bərpa edildi
Minaya oxşayan cismin aşkarlanması səbəbindən gəmilərin hərəkətinə bağlanan Bosfor boğazının işi bərpa edilib.
Bu barədə Türkiyə Sahil Mühafizəsi Baş İdarəsi məlumat yayıb.
“Bosfor boğazı gəmiçilik üçün açıqdır”, - qurumun “Twitter” səhifəsində paylaşılmış məlumatda deyilir.
Türkiyə Milli Müdafiə Nazirliyi Bosfor boğazında minaya bənzər cismin zərərsizləşdirildiyi barədə məlumat yayıb.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş