Bosfor boğazında gəmilərin hərəkəti bərpa edilib


 

Mayın 28-də İstanbul (Bosfor) Boğazında xam neft daşıyan tankerdə baş verən qəza ilə əlaqədar gəmilərin hərəkəti müvəqqəti olaraq dayanıb.

Şəffaflıq.az Türkiyə mediasına istinadla xəbər verir ki, Xorvatiya bayrağı altında üzən “Rava” adlı 249 metr uzunluqda olan tankerdə yaranan nasazlıq nəticəsində sürətə nəzarət itib.

“Qurtarma-8 Römorkör” və Sahil Təhlükəsizliyi Ümumi Müdirliyinə məxsus sürətli qurtarma qayığı hadisə yerinə yönəldilib. Tanker sahildən 300 metrədək məsafədə dayandırılıb.

Tanker ərazidən uzaqlaşdırıldıqdan sonra gəmilərin fəaliyyəti yerli vaxtla 22.00-da bərpa olunub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}