azərbaycanlı yazıçı vəfat edib

Bu gün Kanadada mühacirətdə yaşayan əslən Azərbaycan türkü olan iranlı yazıçı Rza Bərahəni 86 yaşında Toronto şəhərində vəfat edib.
Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə yazıçının oğlu Oktay Bərahəni instaqramda məlumat verib.
Qeyd edək ki, Rza Bərahəni 1935-ci ildə Təbriz şəhərində doğulub. İbtidai məktəb dövrünün bir hissəsi Seyid Cəfər Pişəvərinin qurduğu demokratik hökumətinin dövrünə düşməsi ilə bir müddət türkcə təhsil alıb, lakin hökumətin süqutundan sonra ana dilində təhsil qadağan edilib və bu hadisələr yazıçının gələcək fəaliyyətində əvəzolunmaz rol oynayıb. O, Cənubi Azərbaycandakı ana dili hərəkatının görkəmli nümayəndəsi sayılır. Əsərləri dünyanın müxtəlif dillərinə tərcümə edilən R.Bərahəni İrandakı Pəhləvi, daha sonra isə hakimiyyətə gələn qüvvələrin təzyiqi nəticəsində ölkəni tərk etmək məcburiyyətində qalıb. R.Bərahəni 2001-2003-cü illərdə Kanadanın “Pen Klubu”nun sədri olub. O, ədəbiyyat sahəsində "Nobel" mükafatına namizəd göstərilsə də, sonradan namizədlər siyahısından çıxarılıb. Buna səbəb iranlı müxaliflərin fəaliyyəti olduğu bildirilib.
Ədib Bakıya da səfər edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}