Azərbaycanda daha 21 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 21 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Şəffaflıq.az verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 791 604 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 394 nəfər müalicə olunaraq sağalıb, 9 672 nəfər vəfat edib. 538 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 806, bu günə qədər isə ümumilikdə 6 676 788 test icra olunub.
Xəbəri paylaş
Facebook-da paylaş