Əsas Səhifə > SAĞLAMLIQ > Azərbaycanda daha 21 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb
Azərbaycanda daha 21 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb24-03-2022, 18:57 |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 21 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Şəffaflıq.az verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 791 604 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 394 nəfər müalicə olunaraq sağalıb, 9 672 nəfər vəfat edib. 538 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 806, bu günə qədər isə ümumilikdə 6 676 788 test icra olunub. Geri qayıt |