NATO Kiyevə dəstək bəyanatını qəbul etdi: “Ukraynanı kimyəvi və bioloji təhdidlərdən də qoruyacağıq”


 

NATO-ya üzv olan 30 ölkənin dövlət və hökumət başçıları bu gün keçirilən Brüssel sammitinin yekunlarına dair bəyanat qəbul edib.

Şəffaflıq.az xarici agentliklərə istinadən xəbər verir ki, Şimali Atlantika Alyansı Rusiyanın Ukraynaya qaşrı apardığı müharibə ilə bağlı mövqeyini qəti şəkildə ifadə edib.

NATO liderləri RF pprezidenti Vladimir Putini dərhal müharibəni dayandırmağa və Ukraynadan hərbi qüvvələrini çıxarmağa çağırıb.

NATO üzvləri Ukraynanın özünü müdafiə etmək üçün fundamental hüquqlara malik olduğunu, bu səbəbdən ona siyasi və praktiki dəstəklərini daha gücləndirəcəklərini bildiriblər.

NATO müttəfiqləri həmçinin kibertəhlükəsizlik və kimyəvi, bioloji, radioloji, nüvə təhdidlərinə qarşı müdafiə kimi sahələrdə yardım göstərəcəklərini qeyd ediblər. Üzv ölkələrin liderləri Rusiya tərəfindən kimyəvi və ya bioloji silahdan istənilən istifadənin yolverilməz olduğunu və bunun dəhşətli nəticələrə gətirib çıxaracağını vurğulayıblar.

Bundan başqa onlar Alyansın kimyəvi, bioloji, radioloji və nüvə təhlükələrinə qarşı hazırlığını gücləndirəcəklərini bildiriblər.

NATO-da mövzu ilə bağlı sonrakı qərarların Madrid sammitində veriləcəyi razılaşdırılıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}