Taliban məktəblərin yenidən açılması qərarını ləğv etdi

 

Əfqanıstan Təhsil Nazirliyi altıncı sinifdən yuxarı qızlar üçün məktəblərin açılmasını növbəti xəbərdarlığa qədər təxirə salmaq barədə qərar qəbul edib.

Şəffaflıq.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirlik dərslərin bərpa olunmazdan əvvəl "şəriət, əfqan adət-ənənələri və mədəniyyətinə uyğun hərtərəfli plan"ın hazırlanmalı olduğunu bildirib.

Bundan əvvəl nazirlik Əfqanıstanın bir sıra mərkəzi və şimal əyalətlərində məktəblərin martın 23-də açılacağını açıqlamışdı.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}