“Taliban” hökuməti Əfqanıstanda iki nazirliyi ləğv etdi

 

“Taliban” hökuməti Əfqanıstanda iki nazirliyin fəaliyyətini dayandırıb.

Bu barədə müvəqqəti hökumətin sözçüsünün müavini Bilal Kərimi mətbuata açıqlamasında bildirib.

Onun sözləinə görə, keçmiş administrasiyanın tərkibində yer alan Sülh və Parlament İşləri Nazirlikləri yeni kabinetin siyahısından çıxarılıb.

Bundan əlavə, Kərimi əvvəllər fəaliyyət göstərən Müstəqil Seçki və Seçki Şikayətləri Komissiyalarının bağlandığını və lazım gəldikdə bu komissiyaların yenidən açılacağını bildirib.

Bağlanan nazirlik və komissiyalarda çalışan dövlət qulluqçularının statusu ilə bağlı açıqlama verilməyib.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}