Azərbaycanda molla qəbiristanlıqda öldü

 

Azərbaycanda qəbiristanlıqda ölüm hadisəsi baş verib.

Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonunun Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə qəbiristanlığında məzarların birinin önündə yasin oxuyan 55 yaşlı İslam Abdullazadə qəfildən dünyasını dəyişib.

Onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.

Məlumata görə, dünyasını dəyişən şəxs qəsəbənin mollası olub. Hadisə baş verən zaman isə İ.Abdullazadə qəbiristanlığa yasin oxumağa çağırılıbmış.

Əslən Yardımlı rayonundan olan həmin mərhum bu gün Saray qəbiristanlığında dəfn olunub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}