Kiyevdə gücləndirilmiş komendant saatı tətbiq ediləcək

Hamıdan xahiş edirəm ki, evdə və ya sığınacaqlarda qalsınlar - Vitali Kliçko
Martın 21-də Kiyevdə gücləndirilmiş komendant saatı tətbiq ediləcək. Komendant saatı bu gün saat 20:00-dan başlayacaq və 23 mart saat 07:00-a kimi davam edəcək.
Şəffaflıq.az xəbər verir ki,  bu barədə Kiyev şəhər meri Vitali Kliçko məlumat verib.
Vitali Kliçko komendant saatı müddətində mağazalar, apteklər, yanacaqdoldurma məntəqələri və digər obyektlərin işləməyəcəyini vurğulayıb.
"Ona görə də hamıdan xahiş edirəm ki, evdə və ya sığınacaqlarda qalsınlar. Yalnız xüsusi buraxılışları olan avtomobillər şəhər ətrafında hərəkət edə biləcək",- deyə V. Kliçko əlavə edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}